İranın keçmiş səhiyyə nazirinin Kanadaya girişi qadağan olundu

İranın keçmiş səhiyyə nazirinin Kanadaya girişi qadağan olundu
  29 Avqust 2023    Oxunub:1024
Həsən Ruhanin prezidentliyi dövründə İranın 11-ci hökumətinin səhiyyə naziri olmuş Həsən Qazizadə Haşiminin 3 il müddətinə Kanadaya girişinə qadağa qoyulub.
AzVision.az Kanadanın immiqrasiya naziri Mark Millerin öz Twitter səhifəsində yazdığı məlumata istinadən xəbər verir ki, İranın keçmiş səhiyyə nazirinə qarşı tətbiq olunan bu sanksiya Tehranın insan haqlarını pozması ilə bağlıdır.

“Bu ölkənin qanunlarına istinadən Həsən Qazizadə Haşiminin Kanadada maksimum 36 ay müddətinə müvəqqəti yaşaması qadağan edilib. İranın keçmiş səhiyyə naziri cənab Haşimiyə bu müddət ərzində müvəqqəti iqamətgah adı ilə geri qayıtmaq və Kanadaya daxil olmaq qadağandır. Bu qadağa İran hökumətinin insan haqlarına məhəl qoymaması ilə bağlıdır. İran hökumətinin hərəkətləri qınana bilər və bu hökumətə cavabdeh olanların Kanada cəmiyyətində yeri yoxdur”, - Miller deyib.

Ötən ay Həsən Qazizadə Haşiminin Kanadanın Monreal şəhərinin küçələrində ailəsi ilə birgə çəkdirdiyi şəkillər sosial şəbəkələrdə yayımlanıb və bu, Kanadada yaşayan iranlılar arasında sərt reaksiya doğurub.
AzVision.az


Teqlər: İran   Kanada  





Xəbər lenti