Erməni hərbçi döyüş mövqeyindəki çadırı yandırıb

Erməni hərbçi döyüş mövqeyindəki çadırı yandırıb
  29 Avqust 2023    Oxunub:950
Ermənistan ordusunun hərbi qulluqçusu döyüş mövqeyində qurulan çadırı yandırmaqda ittiham edilir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər verib.

Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Mazman Qriqoryan döyüş mövqeyində olan zaman çadırda quraşdırılan sobanın qapağını açıb və yanan sobaya benzin tökməyə başlayıb. Bu zaman sobadan alov püskürüb və çadırda yanğın başlayıb.

İnsidentlə bağlı xəsarət alanlar haqqında məlumat verilməsə də, yanğının Ermənistan dövlətinə xeyli maddi ziyan vurduğu qeyd olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti