İraq İrana müxalif kürd qruplarını tərksilah edir

İraq İrana müxalif kürd qruplarını tərksilah edir
  29 Avqust 2023    Oxunub:1020
Bağdadla Tehran arasında İrana müxalif silahlı qrupların tərksilah edilməsi və bu ölkədə yerləşdirilməsi barədə razılıq əldə olunub.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani jurnalistlərə müsahibəsində bu məsələyə diqqət çəkib.

“Sentyabrın 19-da Tehranın bu tələbi yerinə yetirmək üçün qoyduğu son vaxtıdır və bu müddət heç bir şəkildə uzadılmayacaq. Əsasən İraqın Kürdüstan bölgəsində fəaliyyət göstərən İrana qarşı çıxan silahlı qruplar terrorçu və separatçılardır”, - Kənani deyib.

Eyni zamanda adının açıqlanmasını istəməyən İraq hökumətinin rəsmisi “Associated Press” agentliyi ilə söhbətində Bağdadla Tehran arasında müqavilənin imzalandığını təsdiqləyib.

- Bağdad İraq Kürdüstanı bölgəsinin səlahiyyətliləri ilə əməkdaşlıq edərək İran kürd qüvvələrini Ərbil və Süleymaniyyədən mümkün qədər tez çıxarmağa və onları başqa yerə köçürməyə çalışır. Onların yaşamaq üçün düşərgəsi olacaq, lakin silahsız qalacaqlar”, - İraq rəsmisi bildirib.

Bu yaxınlarda region mediasının yazdığına görə, Tehran, İraq və İraq Kürdüstanı arasında üçtərəfli razılaşmaya əsasən, İranın şimalında fəaliyyət göstərən iranlı kürd qruplaşmalarına silah və hərbi texnikanı təhvil verərək, ailələri ilə İraqın qərb bölgələrinə getmələri təklif olunacaq.
AzVision.az


Teqlər: İran   İraq  





Xəbər lenti