İranın dövlət bankında 3 trilyon tümənin mənimsənildiyi üzə çıxdı
“Bankın fond departamentinin direktoru bu işdə digər təqsirləndirilən şəxslərlə bank şəbəkəsindən kənarda razılaşdıqdan sonra bu məbləği Tether tipli 60 milyon xarici rəqəmsal valyutaya çevirməyə çalışıb. O qeyri-qanuni olaraq qərb sərhədlərindən birini tərk edərək öz seçdiyi Avropa ölkəsinə getməyə cəhd göstərib. İş üzrə müttəhim 29 trilyon rial məbləğində iki şifrlənmiş çek verib qeydiyyata salmaqla və filial rəhbərinin xüsusi möhüründən istifadə dərək, onun imzasını saxtalaşdırmaqla cinayət planını həyata keçirməyə çalışıb”, - Salehi deyib.
Tehranın ictimai və inqilabçı prokuroru yeni mənimsəmə işində təqsirləndirilən şəxslərin adlarını çəkməkdən imtina edib. Halbuki İranda hökumət mediası adətən hakimiyyətin əleyhdarlarına qarşı bu qaydanı gözləmir.
İran hakimiyyətinin dövlət məmurlarının iqtisadi korrupsiyasına qarşı mübarizə iddialarına baxmayaraq, bu sahədə ifşaedici xəbərlər ötən illərdə getdikcə daha çox dərc olunur və hətta hökumətə yaxın şəxslər İranın dövlət qurumlarında iqtisadi korrupsiya ilə mübarizə apara bilmədiyini söyləyirlər.
AzVision.az