Yezidi qulunun ölümünə görə alman qadın 14 il həbs edildi

   Yezidi qulunun ölümünə görə alman qadın 14 il həbs edildi
  29 Avqust 2023    Oxunub:940
Almaniyanın Münhen şəhərinin məhkəməsi İraqda İslam Dövləti terror qruplaşmasının (İŞİD) nəzarətində olan ərazidə onlarla birgə yaşayan yezidi kəniz qızını öldürən qadına 14 il həbs cəzası verib.
AzVision.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.

"O, (alman qadın) İŞİD sıralarına qoşularaq Almaniyadan İraqa mühacirət edəndə təxminən 25 yaşında olub. Həmin vaxt əri ilə birlikdə yezidi qızı əsir götürüb. Uşaq işgəncələrə məruz qalıb və qızmar günorta günəşi altında susuzluqdan ölüb. İndi, təxminən səkkiz il sonra, Münhendə bir islamçı ekstremist insanlığa qarşı cinayətlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilib", Spiegel yazır.

Aşağı Saksoniya əyalətinin Lohne şəhərindən olan bir qadının qızmar günəş altında cəzalandırılarkən zəncirlənmiş qızın ölümünü seyr etdiyi bildirilir. Həmçinin, məhkumlar mərhum qızın ağlamasını dayandırmaq üçün onun anasına silah dayayıblar.

Qeyd edək ki, “İslam Dövləti” terror qruplaşması (İŞİD) 2014-cü ildə İraqın şimalında və qərbində böyük əraziləri, o cümlədən ölkənin ikinci ən sıx əhalisi olan Mosul şəhərini ələ keçirib. 2017-ci ilin sonunda İraq hakimiyyəti İŞİD üzərində qələbəni elan edib. Lakin İraq ordusu milis bölmələrinin dəstəyi ilə yaraqlıları təmizləməyə və müəyyən ərazilərdə terrorçu qrupların “yatmış hücrələrini” müəyyən etmək üçün əməliyyatlara davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti