Ermənistan parlamenti sədrinin səhhəti pisləşib

Ermənistan parlamenti sədrinin səhhəti pisləşib
  29 Avqust 2023    Oxunub:1014
Ermənistan parlamentinin sədri Alen Simonyanın səhhəti pisləşib.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Simonyan əlindən əməliyyat olunub.

Əməliyyat zamanı ciddi fəsadlar yaranıb, eyni zamanda narkozdan ayılanda vəziyyəti yenidən pisləşib.

Məlumata görə, həkimlər parlament sədrininin sağlamlığını bərpa etmək üçün xeyli səy göstərməli olublar.

Hazırda A.Simonyanın vəziyyəti qənaətbəxşdir və həkimlərin nəzarəti altındadır.

AzVision.az


Teqlər:





Xəbər lenti