İran hökuməti kürdlərə qarşı təzyiqləri dayandırmır

İran hökuməti kürdlərə qarşı təzyiqləri dayandırmır
  29 Avqust 2023    Oxunub:1094
Son 8 ayda İranda həbs olunan kürd vətəndaşlarının sayı 701 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bazar ertəsi “Hengaw” insan haqları saytı beş kürd vətəndaşının həbsi barədə məlumat yayaraq, kürd vətəndaşların sayının İranda məhbusların ümumi sayının 52,5%-nə bərabər olduğunu yazıb.

Məhsa Əmininin vəfatının ildönümü yaxınlaşdıqca, İranın təhlükəsizlik qurumları ölkənin müxtəlif kürd bölgələrində geniş təzyiqlər tətbiq edirlər, bir çox kürd əsilli vətəndaş isə çağırış, həbs və ağır cəzalarla üzləşib.

1980-ci illərdən bəri İranın təhlükəsizlik aparatı etirazçı kürd vətəndaşlarının təqib olunması, saxlanılması və həbs edilməsi ilə bağlı çoxsaylı və uzunmüddətli qeydlərə malikdir.
AzVision.az


Teqlər: İran   kürdlər  





Xəbər lenti