Kyoryoşi: “Dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır”

   Kyoryoşi:    “Dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır”
  29 Avqust 2023    Oxunub:889
“Dünya heç vaxt olmadığı qədər qlobal fəlakətə yaxındır, nüvə silahından istənilən istifadə vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxaracaq”.
TASS-ın yaydığı məlumata görə bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi təşkilatın Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Gününə həsr olunmuş iclasında deyib.

TŞ: Rusiya Qərbə cavab olaraq Belarusda nüvə silahı yerləşdirib
“2022-ci ildə dünyada hərbi xərclər rekord həddə - 2,2 trilyon ABŞ dollarına çatıb. Biz nüvə silahı ehtiyatlarının və imkanların artdığına dair çoxlu sübutlar görürük ki, bu da Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir”, - o bildirib.

BMT Baş Assambleyası sessiyasının rəhbəri nüvə silahına arxalanaraq bəşəriyyət üçün qurulmuş dəhşətli tələni görə bilmədiyimizi qeyd edib.

Onun sözlərinə görə, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi beynəlxalq tərksilah strukturunun əsas elementidir. “Yadda saxlamalıyıq ki, istənilən nüvə silahının istənilən məqsəd üçün istifadəsi dərhal vəziyyətin nəzarətdən çıxması ilə nəticələnəcək. Məhdud nüvə müharibəsi deyilən şey yoxdur”, - Ç.Kyoryoşi söyləyib.
AzVision.az



Teqlər:   Nüvə   BMT  





Xəbər lenti