Putin və Ərdoğan danışıqlardan sonra bir sıra sazişlər imzalaya bilərlər

   Putin və Ərdoğan danışıqlardan sonra bir sıra sazişlər imzalaya bilərlər
  30 Avqust 2023    Oxunub:1009
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçiriləcək danışıqlardan sonra bir sıra sazişlər imzalaya bilər.
AzVision.az xəbər verir ki, bu barədə TASS Ankaradakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, sazişlərin imzalanması Ankara ilə Moskva arasında münasibətlərin inkişafına yeni təkan verə bilər, lakin hər şey görüşün nəticələrindən asılı olacaq.

Bir gün əvvəl “Habertürk” telekanalı mənbələrə istinadən Putinlə Ərdoğan arasında danışıqların sentyabrın 4-də Soçidə baş tutacağını bildirib.

Avqustun 28-də Türkiyə prezidentinin baş müşaviri, səfir Akif Çağatay Kılıç NTV telekanalına müsahibəsində bildirib ki, Ankara iki dövlət başçılarının tezliklə görüşünün təmin edilməsini prioritet hesab edir.

Həmçinin, Ərdoğan rusiyalı həmkarı ilə sentyabrın 20-22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası başlamazdan əvvəl görüşməyi planlaşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti