Qabonda ordu prezident seçkilərinin nəticələrini ləğv etdi, paytaxtda atışma gedir

   Qabonda ordu prezident seçkilərinin nəticələrini ləğv etdi,    paytaxtda atışma gedir
  30 Avqust 2023    Oxunub:934
Qabonda ordu prezident və parlament seçkilərinin yenicə elan edilmiş nəticələrinin ləğv edildiyini bəyan edib.
AzVision.az "Reuters"- istinadən xəbər verir ki, hərbçilər bu barədə milli televiziya ilə məlumat veriblər.

Çevriliş Qabonun hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın seçkilərdə üçüncü müddətə yenidən seçildiyini və onun 64,2% səs qazandığını elan etdikdən dərhal sonra baş verib.

Baş tutan prezident seçkilərində 14 namizəd iştirak edib. Dövlət başçısının əsas rəqibi 30,7% səs toplayan Albert Ondo Ossa olub.

Hazırda paytaxt Librevil şəhərində avtomat silahlardan istifadə edilməklə atışma gedir. Ordu sərhədlərin bağlandığını da bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti