"TEKNOFEST-i Şimali Kiprdə keçirməyi planlayırıq" - Selçuk Bayraktar

   "TEKNOFEST-i Şimali Kiprdə keçirməyi planlayırıq" -    Selçuk Bayraktar
  30 Avqust 2023    Oxunub:1095
TEKNOFEST-i Şimali Kipr Türk Respublikasında da keçirməyi planlayırıq.
AzVision.az TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.

"TEKNOFEST daha öncə can Azərbaycanda keçirildi. Bundan əlavə, Özbəkistan, Ukrayna, İndoneziyadan da tələb gəlib", - deyə o vurğulayıb.

S.Bayraktar onu da bildirib ki, bu gün keçiriləcək TEKNOFEST-də 120 fərqli ölkədən iştirakçı olacaq.

"Ankarada bu festivala böyük bir maraq var, hətta İstanbulda təşkil etdiyimiz TEKNOFEST-dən üç dəfə daha çox iştirakçı olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti