Putin Lukaşenkonun doğum gününü təbrik etdi

 Putin Lukaşenkonun doğum gününü təbrik etdi
  30 Avqust 2023    Oxunub:933
Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya doğum günü münasibətiləb təbrik edib. Putin təbrik məktubunda qeyd edib ki, iki dövlət birlikdə istənilən çətinliyin öhdəsindən gələ bilərlər.
“Əminəm ki, birgə səylərlə biz istənilən çətinlikləri dəf edə və çoxşaxəli Rusiya-Belarus əməkdaşlığının, o cümlədən İttifaq dövləti formatında daha da genişlənməsini təmin edə biləcəyik”, - teleqramda deyilir.

Putin həmçinin Lukaşenkoya cansağlığı, xoşbəxtlik, rifah və dövlət fəaliyyətində uğurlar arzulayıb.

Avqustun 30-da Aleksandr Lukaşenkonun 69 yaşı tamam oldu. 1954-cü ildə anadan olub.

AzVision.az


Teqlər: Putin   Lukaşenko  





Xəbər lenti