"Bu barədə səhər tezdən öyrəndim" - Borrell

   "Bu barədə səhər tezdən öyrəndim" -    Borrell
  30 Avqust 2023    Oxunub:1225
Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Qabondakı hadisələrlə bağlı xəbərlərdən narahatdır və bunun regionda vəziyyəti daha da destabilləşdirəcəyindən ehtiyat edir.
“Məlumat narahatedicidir, mən bu barədə səhər tezdən öyrəndim.Əgər bunun növbəti hərbi çevriliş olduğu təsdiqlənərsə, bu, bütün regionda qeyri-sabitliyi artıracaq. Daha çox məlumatım olmadığı üçün əlavə nəsə deyə bilmərəm, amma bu gün nazirlər bunu müzakirə etmək istəsələr, müzakirə edəcəyik”,- RİA Novosti xəbər verir ki, Borrell Aİ ölkələrinin müdafiə nazirlərinin İspaniyada qeyri-rəsmi görüşü başlamazdan əvvəl bildirib.

Avqustun 30-da səhər məlum olub ki, Qabonun hazırkı prezidenti Əli Bonqo Ondimba yenidən dövlət başçısı seçilib, o, səslərin 64,2 faizini qazanıb. Müxalifətin namizədi akademik Albert Ondo Ossa 30,7% səslə ikinci olub. Hazırkı prezident Əli Bonqo Ondimbanın komandası Ondo Ossanın seçki saxtakarlığı ilə bağlı iddialarını rədd edib.

Bunun ardınca Qabon hərbçiləri televiziya vasitəsilə seçkilərin nəticələrinin ləğv edildiyini və dövlət qurumlarının ləğv olunduğunu elan ediblər. Hazırda ordunun ölkədə hansı siyasi qüvvəni dəstəklədiyi qaranlıq qalır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti