Almaniya 10 min Ukrayna əsgərinə təlim keçəcək

   Almaniya 10 min Ukrayna əsgərinə təlim keçəcək
  30 Avqust 2023    Oxunub:1056
2023-cü ilin sonuna qədər Almaniya 10 min ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyinin dövlət katibi Zimtye Möller Avropa İttifaqının 27 ölkəsinin müdafiə və xarici işlər nazirlərinin Toledoda keçirilən qeyri-rəsmi görüşündə bildirib.

O qeyd edib ki, Almaniya Ukraynanı dəstəkləməkdə davam etmək niyyətindədir. "Biz bunu Almaniyada bir neçə min Ukrayna hərbçisinə təlim keçməklə həyata keçiririk. Ukraynanın müqavimət qabiliyyətini tam dəstəkləmək və gücləndirmək üçün ilin sonuna kimi biz 10 min əsgər hazırlamağı planlaşdırırıq", - Möller deyib.

Eyni zamanda, o, sursat mövzusuna diqqət yetirib: "Sursat həlledici amildir. Müvafiq olaraq, biz buna böyük diqqət yetiririk, silah-sursatla bağlı təşəbbüsdə də irəliləyiş əldə edirik”, - deyə Almaniya Müdafiə Nazirliyinin dövlət katibi bildirib və əlavə edib ki, artıq bir neçə çərçivə sazişi imzalanıb.

Polşa və Almaniya da daxil olmaqla bir sıra Aİ ölkələrində Ukrayna hərbçiləri üçün təlim missiyası ötən ilin oktyabrında icma ölkələri tərəfindən təsdiqlənib. Söhbət komandanlıq heyətinin hazırlanmasından, maddi-texniki təchizatın təşkili, radiasiya, bakterioloji və kimyəvi mühafizənin hazırlanmasından gedir. Missiyanın mandatı iki ildir. Aİ Hərbi Komitəsinin rəhbəri general Robert Brigerin daha əvvəl "Welt" qəzetinə verdiyi məlumata görə, bu il 30 min ukraynalı hərbçiyə təlim keçəiləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti