Laçın sərhəd-keçid məntəqəsində saxlanılan erməni futbolçular həbs edilib |
Karapetyanın jurnalistin "Qarabağdaı hərbçilərinin taleyi necə olacaq?" sualına cavabı da maraqlı olub.
- "Artsax" ordusunda xidmət edənlər və ya ehtiyatda olanlar, müqaviləli zabitlər dərhal tutularaq Bakıya, istintaq təcridxanasına köçürüləcəklər. Beləliklə, Həkəri körpüsündə baş verənlər yalnız başlanğıcdır. Ola bilsin ki, yaxın vaxtlarda Bakı beynəlxalq axtarışa verdiyi yeni siyahını belə elan etsin. Və belə olan halda dünyanın istənilən yerindən axtardığı ermənini tutub Bakıya aparmaq olar. Təbii ki, vəziyyət hər keçən gün daha da mürəkkəbləşir. Heç bir müdaxilə, təzyiq Bakıya təsir etmir.
Ekspert "44 günlük müharibədən sonra Paşinyan İranla birgə hərbi təlimlər keçirməkdən imtina etdi. Həmçinin o, KTMT-nin bütün təkliflərini rədd edib. Onlardan nə zərər gələ bilərdi ki? İmtina olmasaydı nə baş verə bilərdi? Düşmənlərimiz doğrudanmı buna qəzəblənəcəkdilər?" sualına isə qısa cavab verib.
"Sən haqlısan. Hazırkı hakimiyyət həm KTMT, həm də İranın təklif etdiyi birgə hərbi təlimlərdən dəfələrlə imtina edib. Bir çox səbəblər var.
KTMT məsələsində əsas səbəb strukturla bağlı “qıcıqlanma”lardır. İran məsələsində Rusiya, Türkiyə və Azərbaycandan qorxurlar. Ermənistanın hakimiyyət orqanları bunu dəfələrlə açıq şəkildə bəyan ediblər", - Karapetyan gileylənib.
Tural Tağıyev
AzVision.az