İranın keçmiş prezidenti hökuməti tənqid etdi

İranın keçmiş prezidenti hökuməti tənqid etdi
  30 Avqust 2023    Oxunub:1034
İranın sabiq prezidenti Həsən Ruhani keçmiş hökumət rəsmiləri ilə vaxtaşırı keçirilən toplantıda iştirak edərkən, hazırkı hökumətə və parlamentə qarşı tənqidi fikirlər səsləndirib.
Həsən Ruhani hökumət rəsmilərini tənqid edən universitet professorlarının kütləvi şəkildə işdən çıxarılmasına belə münasibət bildirib:
“Bu gün 85 milyon iranlı barədə qərar qəbul etmək cəmi bir neçə nəfərə tapşırılıb. Onların isə ümumi sayı bir neçə yüz min nəfərə belə çatmır”.

O həmçinin qeyd edib ki, “Universitetləri görkəmli professorlardan məhrum etmək elmə və ölkəyə zülmdür, akademiklərin ümidsizliyi isə ölkənin və hakimiyyətin xeyrinə deyil”.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti