Hindistan Ermənistanla hərbi əməkdaşlığı gücləndirir

   Hindistan Ermənistanla hərbi əməkdaşlığı gücləndirir
  30 Avqust 2023    Oxunub:1249
Ermənistanın müdafiə naziri Suren Papikyan və Hindistanın Milli Müdafiə Kollecinin komandiri, general-leytenant Sukriti Sinx Dahia Ermənistan ordusunda aparılan islahatlar və Dehli ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilir ki, İrəvana gələn nümayəndə heyətini Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinha müşayiət edib.

"Müdafiə naziri generalın və onun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərini alqışlayıb. O, Ermənistan-Hindistan münasibətlərinin müdafiə sahəsində hazırkı inkişaf kursunu nəzərə alaraq təşəbbüsü yüksək qiymətləndirib", - Sputnik yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti