Fransadan "humanitar" yük adı altında Qarabağ təxribatı - FOTO

   Fransadan "humanitar" yük adı altında Qarabağ təxribatı    - FOTO
  30 Avqust 2023    Oxunub:1375
Xəbər veridiyimiz kimi Fransa Qarabağ ermənilərinə "humanitar yardım" göndərib.
Bu gün 10 yük avtomobili İrəvandan Sünik vilayətinin Kornidzor kəndinə doğra yola düşüb.

Fransa TIR-ları Laçına doğru yola düşüb - VİDEO
Ermənistan mediası, avtomobillərin İrəvanda Respublika meydanından yola düşməsinin görüntülərini yayıb.

Bildirilir ki, "humanitar" yüklə birgə Parisin meri Ann İdalqonun içərisində olduğu fransalı nümayəndə heyəti də Laçın yoluna gedib.

Fransanın humanitar yardım adı altında göndərdiyi yük isə əslində təxribat xarakterlidir. Bunu erməni mediasında gedən yazılar da sübut edir.

Məsələn, "Women for Democracy"nun rəhbəri Suzanna Simonyan yerli mediaya verdiyi açıqlamada avtomobillərlə bağlı bir məqama diqqət çəkib. O deyib ki, “Fransız avtomobillərinin ön tərəfində yazılanları diqqətlə oxuyun. "Artsax"a humanitar yardım yazılıb. Ora Qarabağ yazılmayıb".


Siyasi fəal Vardan Arutyunyan da mövzuya toxunub. Amma o, bu cür şouları effektli hal saymayıb. Vardan qeyd edib ki, “Paris merinin açıqlamalarına həvəslə yanaşan Qərb yönümlü ermənilər bu gün sevincdən göyün yeddinci qatına qalxıblar. Amma sual yaranır ki, əgər Fransa Ermənistan Respublikası və Qarabağ ermənilərinə belə canfəşanlıq göstərirsə, hətta yükün üzərinə “Artsax” yazıbsa, bəs niyə Azərbaycana qarşı sansksiya tətbiq etmir. İndi çıxıb deyəcəklər ki, bu məsələ ilə bağlı proseslər gedir və s. Bəs bu proses nə qədər vaxt aparacaq axı? Məsələn, Rusiyaya qarşı sanksiyalar tətbiq olunanda bu cəmi bir neçə dəqiqə, saata başa gəldi".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Təxribat   Humanitar-Yük  





Xəbər lenti