Qabonun prezidenti istefa verdi

 Qabonun prezidenti istefa verdi
  30 Avqust 2023    Oxunub:1198
Qabon Respublika Qvardiyasının komandanı Bris Oliqui Nguema ölkə prezidenti Əli ben Bonqo Ondimbanın vəzifəsindən azad edildiyini bildirib. General bunu “Le Monde” qəzetinə müsahibəsində deyib.
Müşahidəçilərin fikrincə, ştatda çevrilişə məhz Nguema rəhbərlik edib. Eyni zamanda, o, vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Ondimbanın bütün vətəndaş hüquqlarından istifadə etməyə davam edəcəyini vurğulayıb.
Qabonun hazırkı prezidenti ev dustaqlığına buraxılıb


"O, hamı kimi adi bir Qabonludur", - mənbə deyib.

Respublika Qvardiyasının komandiri qeyd edib ki, dövlət başçısının üçüncü dəfə seçilmək hüququ yoxdur. Bununla əlaqədar olaraq, ordu onun hakimiyyətdən uzaqlaşdırılması üçün məsuliyyəti öz üzərinə götürmək qərarına gəlib.

Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Qabonda yüksək rütbəli bir qrup zabit ölkənin əsas televiziya kanalı “Qabon 24”də prezident seçkilərinin nəticələrinin ləğvi və hökumət institutlarının buraxılması ilə bağlı bəyanatla çıxış edib.

Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və Müdafiə Nazirliyini və ölkənin silahlı qüvvələrini təmsil etdiklərini bildiriblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.

Hərbçilər çevrilişi avqustun 26-da keçirilmiş ümumi seçkilərə inamın olmaması ilə əlaqələndiriblər.

Bu açıqlama ölkənin Mərkəzi Seçki Komissiyasının Qabonun hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın 64 faiz səslə üçüncü müddətə yenidən seçildiyini elan etməsindən sonra verilib.

Qabonun hazırkı prezidentinin ailəsi 56 ildir ölkədə hakimiyyətdədir. Hazırkı prezidentin atası El Hadj Omaar Bonqo Ondimba 1967-2009-cu illərdə dövlət başçısı vəzifəsində çalışıb.

Müxalifət seçkilərin nəticələrini tanımayıb və onların saxtalaşdırıldığını bəyan edib. Avqustun 27-də Qabon hakimiyyəti iğtişaşlar fonunda ölkədə interneti və bir sıra Fransa internet mediasının yayımını bağlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti