Aİ Kiyev üçün 5 milayrd avroluq hərbi yardım fondu yaradır
"Mən 2024-cü ildən 2027-ci ilə qədər Avropa Sülh Fondu çərçivəsində işləyəcək fond yaratmağı təklif etdim. Bu, Ukraynaya dəstəyimizin əsas elementi olmalıdır. Fond çərçivəsində biz hər il 5 milyard avro ayıracağıq” dedi.
Borrelin sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri cümə axşamı keçiriləcək görüşdə Ukrayna üçün fondun yaradılması məsələsini də müzakirə edəcəklər. “Ümid edirəm ki, ən qısa zamanda - ilin sonuna qədər razılıq əldə olunacaq”, - o əlavə edib.
Borrell, Ukraynaya yardım fondu dedikdə, AİB-nin son aylarda hazırladığı Kiyevə hərbi dəstək planını nəzərdə tutur. Ehtimal olunur ki, bura qarşıdakı 4 il ərzində 20 milyard avro məbləğində silah təchizatı və hərbçilərin təlimi daxildir. Bu plan Avropa Sülh Fondunun xətti ilə həyata keçiriləcək. Bu fondun vəsaiti Aİ ölkələrinin Kiyev üçün silah, sursat və hərbi texnika üçün ehtiyat hissələrinin alınması, habelə Ukrayna Silahlı Qüvvələri üçün kadr hazırlığı xərclərinin qismən ödənilməsinə yönəldiləcək.
AzVision.az
Teqlər: