Daha bir ölkə “TikTok”u bloklayır

Daha bir ölkə “TikTok”u bloklayır
  30 Avqust 2023    Oxunub:1582
Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkə ərazisində “TikTok” sosial şəbəkəsini bloklamaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə “Kabar” agentliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, idarənin ünvanına uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir edən “TikTok” sosial şəbəkəsinin zərərli təsiri ilə bağlı bir sıra qeyri-hökumət təşkilatlarından narahatlıq ifadə edən müraciətlər daxil olub.

Qeyd olunur ki, “TikTok” istifadəçini virtual qısa kliplər dünyasına qərq edir, onlara baxdıqdan sonra yeniyetmələr bu və ya digər videoları təkrarlamağa çalışır və bəzən həyati təhlükə ilə qarşılaşırlar. Bundan başqa, uşaq psixikası hələ sabit deyil və hələ yenicə formalaşır. Bu cür məzmun isə asılılıq yaradaraq, böyüməkdə olan nəslin emosional vəziyyətinə mənfi təsir göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti