İtkin hərbçilərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında gecələyiblər
“Onlarla valideyn binanın qarşısında qalıb, onlar qəbul olunana qədər gözləyəcəklər. Mən getmişəm, gedənləri artıq binaya buraxmırlar, içəridə qalan valideynlərin telefonlarını da götürüblər”, - o deyib.
Xatırladaq ki, dünən səhər saatlarından 60-a yaxın valideyn müdafiə naziri Suren Papikyanla görüşməyi tələb etsə də, əvəzində valideynləri nazir müavini Arman Sarkisyan qəbul edib.
Qeyd edək ki, nazirlik binasına toplaşanlar kimyəvi müdafiə bölməsindən olan hərbçilərin yaxınlarıdır. Ermənistan KİV onların İkinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonuna göndərildiyini, o vaxtdan onlardan heç bir xəbər olmadığını yazır.
AzVision.az
Teqlər: Ermənistan