Separatçılar sülhməramlıların avtomobilini Ağdama buraxmadı

   Separatçılar sülhməramlıların avtomobilini  Ağdama buraxmadı
  31 Avqust 2023    Oxunub:1683
Separatçılarla Rusiya sülhməramlıları arasında növbəti dəfə insident yaşanıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, ötən gün Rusiya sülhməramlılarının yük maşınları Ağdama doğru hərəkət etməyə çalışsa da, radikal ermənilər ona mane olublar.

Separatçılar sülhməramlıların maşınına hücum etdilər - VİDEO
"Qarabağ erməniləri Rusiya sülhməramlılarına məxsus yük maşınlarının Ağdama hərəkətinə mane olublar", - "Women for Democracy"nun rəhbəri Suzanna Simonyan Facebook-da insidentlə bağlı foto paylaşaraq yazıb.

Xatırladaq ki, iki gün öncə də bir qrup erməni Ağdam - Xankəndi yolunda sülhməramlıların avtomobilinə hücum etmişdi. İnsidenti əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülhməramlı   Ağdam  





Xəbər lenti