Böyük Britaniyanın müdafiə naziri istefa verib

   Böyük Britaniyanın müdafiə naziri istefa verib
  31 Avqust 2023    Oxunub:1105
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib. Bu barədə o, Krallığın Baş naziri Rişi Sunaka müvafiq sorğu göndərib.
AzVision.az Britaniya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Sunaka rəhbərliyinə görə təşəkkür edib və ölkənin müdafiəsinə verdiyi töhfəni qeyd edib.

Uolles nazirliyə rəhbərlik etdiyi illərdə AUKUS alyansının, altıncı nəsil GCAP qırıcısının, Milli Kiber Qüvvələrinin qərargahının yaradılmasında və hakimiyyətin digər təşəbbüslərində iştirakından qürur duyduğunu bildirib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər: BöyükBritaniya   BenUolles  





Xəbər lenti