Priqojinin biznes ortağı Bolqarıstanda saxlanıldı
Bojkov ən zəngin bolqar və qeyri-rəsmi olaraq ölkənin "qumar biznesinin kralı" adlanır. O, son üç ilini bir neçə ittiham üzrə cinayət təqibindən gizlənərək BƏƏ-də keçirib. Qanun pozuntularından biri də maliyyə naziri və baş nazirə külli miqdarda rüşvət verməsidir.
Britaniyanın “The Telegraph” nəşri yazıb ki, prokurorluq Priqojin və Bojkovun işgüzar əlaqələrini araşdırır. Bildirilir ki, tərəfdaşlar 2020-ci ildən Priqojinin təyyarəsinin qəzaya uğradığı günə qədər əlaqə saxlayıblar.
2021-ci ildə Maqnitski paktı əsasında Bojkova qarşı sanksiyalar tətbiq edilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Priqojin