Medvedev: "Ukrayna əhalisinin yarısını itirib"

      Medvedev:    "Ukrayna əhalisinin yarısını itirib"
  31 Avqust 2023    Oxunub:1308
Ukrayna əhalisinin yarısını itirib və bu gün Kiyevin nəzarətində olan ərazilərdə cəmi 19,7 milyon insan qalıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.
“2022-ci ilin fevralın əvvəlində 1,9 milyon Ukrayna vətəndaşı artıq Rusiya Federasiyasının ərazisində idi - təhsil alır və ya işləyirdilər... 24 fevral 2022-ci ildən sonra bu ölkə ərazisindən Rusiyaya 5,2 milyondan çox insan gəlib. Yəni, hazırda bizim ölkədə ümumilikdə 7,1 milyona qədər ukraynalı yaşayır”, - Medvedev Telegram kanalında yazıb.

O, ötən il "DXR", "LPR," Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən zəbt edilməsindən sonra Ukrayna əhalisinin azaldığını da xatırladıb. Yəni Ukraynada 2022-ci ilə qədər 37 milyon insan qalıb. Mühacirləri çıxanda isə, hazırda ölkədə cəmi 19,7 milyon insan yaşayır.

Medvedev əlavə edib ki, “ölkəni tərk edənlərin vətənlərinə qayıdacaqlarına inanmaq çətindir”.

Qazeta.ru isə yazır ki, 2001-ci il siyahıyaalınmasına görə, Ukraynada təxminən 48,5 milyon insan yaşayıb. 2022-ci il fevralın əvvəlinə olan məlumata görə ölkədə yaşayan daimi əhalinin sayı 37,6 milyon nəfər olub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi bəyan edib ki, Rusiyanın Ukraynaya hücuma başladığı ilk gündın bəri 8,6 milyon ukraynalı Avropa ölkələrinə gedib. Onlardan 2,869 milyonu Rusiyada yaşayır.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti