Ukrayna Qərbi alternativ taxıl dəhlizinin təhlükəsizliyini təmin etməyə çağırıb
“Biz alternativ dəhliz hazırlamışıq ki, onun vasitəsilə gəmilər Ukrayna limanlarını tərk edir və demək olar ki, dərhal Rumıniyanın ərazi sularına daxil olur. Gəmilər hələ də Ukraynanın ərazi sularında olarkən bu taxıl dəhlizinin təhlükəsizliyinə necə kömək edə biləcəyinizi düşünün” deyə XİN rəhbəri hava hücumundan müdafiə sisteminin köməyi ilə nəyi nəzərdə tutduğunu əlavə edib.
Reuters agentliyinin ABŞ Dövlət Departamentinin anonim rəsmisindən əldə etdiyi məlumata görə, Birləşmiş Ştatlar Dunay çayı marşrutu ilə Ukraynanın taxıl ixracını artırmaq üçün Rumıniya və Moldova ilə işləyir.
AzVision.az
Teqlər: