İran: JCPOA artıq Qərb üçün “yeni və təsirli” məsələ deyil

 İran:  JCPOA artıq Qərb üçün “yeni və təsirli” məsələ deyil
  31 Avqust 2023    Oxunub:1132
Tehran JCPOA-nı (İranın nüvə problemi üzrə 5+1 formatı) ABŞ və Avropa üçün “yeni və təsirli” bir saziş saymır.
AzVision.az xəbər verir ki, İranın Atom Enerjisi təşkilatının direktor müavini Seyid Əmirhüseyn Fiqhi “İSNA” xəbər agentliyinə müsahibəsində bu mövzunun artıq təsrili olmadığından, ortaq iqtisadi maraqlar kimi başqa bir məsələnin müzakirə edilməsi zərurətinin yarandığını bildirib.

“Dünyada İranın nüvə gücünü rədd edən və ya onun dayandırıla biləcəyini söyləyən başqa heç kim yoxdur. İran xalqı sanksiyaların çətinliyindən keçib və zənginləşmə məsələsi artıq mövcud deyil. İndi ümumi iqtisadi maraqlar danışıqlar mövzusu olmalıdır. Sənayeləşmiş və qabaqcıl ölkələr nüvə biliyinin sərhədlərini keçmədən bugünkü vəziyyətə gələ bilməzdilər və bundan heç bir halda imtina edilməməlidir”, - Fiqhi deyib.

Maraqlıdır ki, İran xalqının həyat şəraiti hələ də enişdə olduğu və hər il ölkədə sosial-iqtisadi, enerji və ekoloji böhranların durmadan artdığı vaxtda fifah barədə əsassız bir iddia ilə çıxış edib.

Uranın zənginləşdirilməsi və nüvə fəaliyyətinin gizlədilməsi nəticəsində İran geniş sanksiyaların hədəfinə çevrilib. Lakin Tehran ölkənin tərəqqisini və sənayeləşməsini məhz uranın zənginləşdirməsinin davamı ilə əlaqələndirir.
AzVision.az


Teqlər: İran   JCPOA  





Xəbər lenti