Peskov Qorbaçovu təriflədi

 Peskov Qorbaçovu təriflədi
  31 Avqust 2023    Oxunub:1281
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Rusiya tarixində mühüm iz qoyub. Onu unutmaq çətin olacaq.
AzVision.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Qorbaçovla münasibətləri dəstəkləyib.

"Mixail Sergeyeviç Qorbaçovun ölkəmizin tarixində qoyduğu mühüm izlər əbədi olaraq qalacaq", - Rusiya liderinin mətbuat katibi qeyd edib.

Qeyd edək ki, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov 1931-ci il martın 2-də anadan olub. Siyasətçi ilk növbədə yenidənqurma ilə yadda qalıb. Qorbaçov 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib. Onun 91 yaşı olub və ömrünün son 10 ilində xəstəlikdən əziyyət çəkib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qorbaçov  





Xəbər lenti