Fransanın Nigerdəki səfiri diplomatik toxunulmazlıqdan məhrum edildi
“Səfirə verilən 48 saat 2023-cü il avqustun 28-də başa çatdığından, Fransanın diplomatik nümayəndəsi artıq səfirlik əməkdaşı kimi imtiyazlardan və diplomatik toxunulmazlıqdan istifadə etmir.
Ona və ailə üzvlərinə məxsus diplomatik vizalar ləğv edilir. Təhlükəsizlik qüvvələrinə ölkədən çıxarılma prosesinə başlamaq tapşırılıb”, - sənəddə deyilir.
Qeyd edək ki, avqustun 25-də Nigerdə üsyançılar Fransa səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb ediblər.
Al Hadath telekanalının məlumatına görə, səfir üsyançıların çağırışına cavab verməyib və onların nümayəndələri ilə görüşməkdən imtina edib.
Fransa Xarici İşlər Nazirliyi bildirib ki, üsyançıların səfirin ölkəni tərk etməsini tələb etmək hüququ yoxdur, çünki aqrement (səfiri qəbul etməyə razılıq) “Nigerin müstəsna qanuni hakimiyyət orqanları” tərəfindən verilir.
Əl-Ərəbiyyə daha əvvəl məlumat vermişdi ki, Fransanın diplomatik nümayəndəliyində İttenin özündən başqa, 20-yə yaxın səfirlik əməkdaşı da var.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: