Putin açıq dərs keçəcək

   Putin açıq dərs keçəcək
  31 Avqust 2023    Oxunub:1145
Sentyabrın 1-də Rusiya prezidenti Vladimir Putin “Vacib olanlardan danış” adlı açıq dərs keçəcək. Bu barədə Kremlin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, dərs “Rusiya – imkanlar ölkəsi” platforması çərçivəsində baş tutacaq.

“Sentyabrın 1-də prezident Putin görkəmli akademik nailiyyətləri olan, beynəlxalq olimpiada və yarışların qalibləri olan 30 məktəblinin iştirak edəcəyi “Vacib olanlardan danış” adlı açıq dərs keçəcək”, - məlumatda deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti