Bloomberg: “İranın zənginləşdirilmiş uran ehtiyatı azaldılıb”
“MAQATE-nin İranın rüblük təminatlarının hazırlanması üzərində işləyən müfəttişləri uranın zənginləşdirilməsi sürətinin məhdudlaşdırılmasını göstərən məlumatları təsdiqləyirlər. Artıq bir müddətdir ki, Vaşinqton hökuməti İran neftinin satışı ilə bağlı sanksiyaları praktiki olaraq azaldıb və Tehran neft hasilatını ABŞ-nin JCPOA-dan geri çəkilməsindən beş il əvvəl mövcud olan səviyyəyə qaytara bilib. Son caxtlar Co Bayden hökumətinin yeni siyasəti nəticəsində İran ən çox xam nefti Çinə ixrac edə bilib”, - məlumatda deyilir.
Agentlik bu yaxınlarda Tehranın ABŞ-la dolayı təmaslardan əlavə, digər güclərlə də nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu vurğulayıb.
“Bloomberg” Avropa Şurasının Xarici Əlaqələr şurasının üzvü Eli Granmayehə istinadən ABŞ-da prezident seçkiləri ərəfəsində (gələn ilin noyabrında) Vaşinqtonla Tehran arasında gərginliyin daha bir azalma dövrünü gözləmək ehtimalının olduğunu qeyd edib.
Avropalı məmurun sözlərinə görə, Qərb hökumətləri İranla gərginliyi azaltmaq məqsədi ilə kiçik razılaşmalar həyata keçirir və böyük saziş olan JCPOA-nı canlandırmaq cəhdindən əl çəkiblər.
AzVision.az