Devrilən prezidentin evindən külli miqdarda pul tapıldı - VİDEO

Devrilən prezidentin evindən külli miqdarda pul tapıldı    - VİDEO
  31 Avqust 2023    Oxunub:1146
Qabonun devrilmiş prezidenti Əlo Bonqonun evində külli miqdarda nağd pul bağlamaları tapılıb.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Bildirilir ki, Bonqo hərbçilər tərəfindən nəzarətə götürüldükdən sonra onun evində axtarış aparılıb. Nəticədə pulla dolu çamadanlar və çantalar aşkarlanıb.

Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Qabonun yüksək rütbəli hərbçiləri hakimiyyətə gəldiklərini elan ediblər, qiyamçılar arasında Respublika Qvardiyasının, Təhlükəsizlik Xidmətinin, ordunun və polisin nümayəndələri də var. Qiyamçılar avqustun 26-da üçüncü müddətə namizədliyini irəli sürən Əli ben Bonqo Ondimbanın qalib gəldiyi seçkilərin nəticələrini də ləğv ediblər. Onlar, həmçinin prezidentin və ailəsinin ev dustağı olduğunu bildiriblər.

AzVision.az



Teqlər: Qabon  





Xəbər lenti