Ərdoğan: "Öz döyüş təyyarələrini istehsal edə bilən ölkəyə çevrilmişik"

      Ərdoğan:    "Öz döyüş təyyarələrini istehsal edə bilən ölkəyə çevrilmişik"
  31 Avqust 2023    Oxunub:931
20 il əvvəl 20 faiz milli struktura sahib idik, bu gün müdafiə sənayesində 80 faiz milli məhsulumuz var. Biz indi öz təyyarələrini istehsal edə bilən ölkəyə çevrilmişik.
AzVision.az xəbər verir ki, bunu bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri Akademiyası Komandanlığının diplom və bayraq təhvil-təslim mərasimində çıxışı zamanı deyib.

"Hər gün daha da irəli gedirik. Biz müdafiə sənayesindəki irəliləyişlərlə çatışmazlıqlarımızı tamamladıq. Texnologiya sahəsində təcrübəmizi dostlarımızla bölüşməkdən məmnunuq. Biz həmişə dostlarımızın haqq və ədalət uğrunda mübarizəsində yanında olmuşuq. Bu imkanlar sayəsində biz diplomatiya və insan münasibətlərində təkmilləşdik", Ərdoğan əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti