Lavrov Rusiyanın taxıl müqaviləsinə qayıtması üçün şərtlərini açıqlayıb

 Lavrov Rusiyanın taxıl müqaviləsinə qayıtması üçün şərtlərini açıqlayıb
  31 Avqust 2023    Oxunub:1032
Rusiya tərəfi RF-BMT memorandumunun bütün bəndlərini yerinə yetirdikdən sonra taxıl sazişinə qayıtmağa hazır olacağı barədə şərtləri Türkiyənin diqqətinə çatdırıb.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Biz təbii ki, Ukrayna limanlarından taxıl ixracı ilə bağlı Qara dəniz təşəbbüsünün dayandırılmasından sonra yaranan problem barədə danışdıq. Biz türkiyəli tərəfdaşlarımıza Qərbdə, ilk növbədə, bu təşəbbüsün bərpa edilməsi üçün nə etmək lazım olduğuna dair anlayışımızı çatdırdıq”, - Rusiya diplomatik departamentinin rəhbəri bildirib.

Həmçinin bildirilib ki, Lavrov türkiyəli həmkarı ilə Ukraynadakı vəziyyəti, eləcə də Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya Federasiyası üçün “sülh formulunun” qəbuledilməzliyinin səbəblərini ətraflı müzakirə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti