"Aİ Zelenski planından başqa sülh təkliflərini nəzərdən keçirmir" - Borrel

"Aİ Zelenski planından başqa sülh təkliflərini nəzərdən keçirmir" -    Borrel
  31 Avqust 2023    Oxunub:1091
Avropa İttifaqı Ukraynadakı münaqişənin həlli ilə bağlı prezidenti Volodimir Zelenskinin sülh planından başqa heç bir təklifi nəzərdən keçirmir.
AzVision.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cosep Borrel İspaniyanın Toledo şəhərində 27 icma ölkəsinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Beynəlxalq arenada yeganə Zelenskinin planı müzakirə olunur. Başqa planlar da var - Çindən, Braziliyadan, Afrika ölkələrindən, lakin onların hamısı kənara çəkilib. Zelenskinin planından başqa heç biri səhnədə olmayıb", - o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti