"Bayden G20 sammitində Si Cinpinlə görüşməyəcək" - KİV

   "Bayden G20 sammitində  Si Cinpinlə görüşməyəcək" -    KİV
  01 Sentyabr 2023    Oxunub:880
ABŞ prezidenti Co Bayden sentyabrda Hindistanda keçiriləcək G20 sammitində Çin prezidenti Si Cinpinlə görüşməyi planlaşdırmır.
AzVision.az xəbər verir ki, bu barədə Amerika liderinin administrasiyasındakı mənbələrə istinadən NBC telekanalı məlumat yayıb.

Kanalın həmsöhbətlərinin fikrincə, əgər Si Cinpin sammitə gəlsə, iki ölkənin başçıları yalnız salamlaşacaq, bununla da bitəcək. Mənbələr etiraf ediblər ki, Çin prezidenti və ABŞ prezidenti noyabrda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşə bilər, lakin görüş hələlik razılaşdırılmayıb.

"Reuters"in daha əvvəl xəbərə görə, Si Cinpin böyük ehtimalla G20 sammitinə getməyəcək. Hindistan və Çindəki rəsmi mənbələrə görə, 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək iclasda Çini Baş nazir Li Qianqın təmsil edəcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti