Ermənistandan zərbə PUA-sı: Daha iki hərbçimiz yaralanıb

 Ermənistandan zərbə PUA-sı: Daha iki hərbçimiz yaralanıb
  01 Sentyabr 2023    Oxunub:1134
Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

AzVision.az


Teqlər:





Xəbər lenti