Pentaqonun "Vaqner" bəyanatı: "Priqojinin ölümü ilə sona çatdı"

   Pentaqonun "Vaqner" bəyanatı:    "Priqojinin ölümü ilə sona çatdı"
  01 Sentyabr 2023    Oxunub:1160
"Yevgeni Priqojinin ölümü ilə "Vaqner"qrupu mahiyyətcə bitdi".
AzVision.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü briqada generalı Patrick Rayder deyib.

"Vaqner"in bir müddətdir Rusiya-Ukrayna müharibəsində ən təsirli faktor olduğunu qeyd edən Rayder "Rusiya İran və Şimali Koreya kimi zalım rejimlərdən sursat və ya silah almağa çalışır", deyib.

O, Şimali Koreyanı Rusiyaya heç bir silah verməməyə çağırdığını təkrarlayıb.

Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) avqustun 23-də verdiyi açıqlamada Priqojin də daxil olmaqla özəl təyyarənin Tverdə qəzaya uğraması nəticəsində 10 nəfərin öldüyünü açıqlayıb.

Açıqlamaya görə, təyyarədəki sərnişinlər siyahısında Priqojinin köməkçisi və Vaqnerin yaradıcılarından biri Dmitri Utkin və Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeriy Cekalov, Nikolay Matuseyev var.

Rusiya İstintaq Komitəsi avqustun 27-də yaydığı bəyanatda Tver vilayətində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Vaqnerin yaradıcısı Yevgeni Priqojinin də olduğunu təsdiqləyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti