ABŞ etirazçı müğənninin həbsini pisləyib
“Müğənni Mehdi Yərahinin həbsi İran hökuməti tərəfindən xalqının səsini susdurmaq üçün növbəti cəhddir. İran hökuməti bu repressiv taktikalarına son qoymalı və vətəndaşların tələblərinə qulaq asmalıdır”, - Pili deyib.
Mehdi Yərahi avqustun 28-də Tehran prokurorunun əmri ilə həbs edilərək Evin zindanına köçürülüb. Etirazçı bəstəkar-müğənninin həbsi ona qarşı məhkəmə işinin açıldığı elan olunduqdan iki gün sonra baş verib.
Mehdi Yərahi bu yaxınlarda məcburi hicaba etiraz edən qız və qadınlara dəstək olaraq “Rusərito (Sənin hicabın)” mahnısını yayımlayıb.
AzVision.az