İranda daha iki professora dərs demək qadağası qoyuldu

İranda daha iki professora dərs demək qadağası qoyuldu
  01 Sentyabr 2023    Oxunub:976
İranda son həftələrdə universitet professorlarının işdən qovulması kütləvi hal alıb.
AzVision.az xəbər verir ki, Tehran İncəsənət universitetinin rəhbərliyi sənət fəlsəfəsi departamentinin keçmiş müdiri Məsud Əliyaya və təhsil mərkəzinin digər professoru Əmir Məziyara tədris etmək qadağası qoyaraq, onları işdən uzaqlaşdırıb.

Məsud Əliyanın öz İnstaqram səhifəsində paylaşdığı məlumatda qrup rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra onun bütün dərslərinin başqa professorlara tapşırıldığını və onun yeni tədris semestrində dərs deməyə haqqı olmadığını yazıb. O, İncəsənət universitetinin İncəsənət fəlsəfəsi kafedrasının digər professoru Əmir Məziyara da “tədrisdə yersiz qadağa”nın şamil edilidiyini bildirib.

İncəsənət universitetinin pis əhval-ruhiyyədə olduğunu bəyan edən Əliya, tələbələrin “vətəndaş azadlıqlarının məhdudlaşdırılması”na tənqidi yanaşacağını və onların tələblərini dəstəkləyəcəyini vurğulayıb.

İran universitetlərinin professorlarının işdən çıxarılma dalğası ilə bağlı xəbərləri dərc edən “Etemad” qəzeti öz hesabatında ilin əvvəlindən etibarən ümumilikdə 52 professorun işdən qovulduğunu yazıb.
AzVision.az


Teqlər: İran   professorlar  





Xəbər lenti