Kreml təsdiqlədi: Ərdoğanla Putin sentyabrın 4-ü Soçidə görüşəcək

"Danışıqlar bazar ertəsi, günorta Soçidə keçiriləcək", - Kreml sözçüsü bildirib.
Qeyde dək ki, bu, iki lider arasında taxıl müqaviləsi başa çatdıqdan sonra ilk görüşdür. Onlar sonuncu dəfə 2022-ci il oktyabrın 13-də Astanada görüşüblər. Eyni zamanda, Rusiya Federasiyası və Türkiyə prezidentləri daimi təmasdadırlar. Putinlə Ərdoğan arasında sonuncu telefon danışığı avqustun 2-də baş tutub. Türkiyə lideri sonuncu dəfə Rusiyaya 2022-ci il avqustun 5-də səyahət etmişdi.
AzVision.az
Teqlər: