Kral keçmiş baş nazirin həbs cəzasını yüngülləşdirdi

Çinavat 2001-2006-cı illərdə Taylandın baş naziri olub. O, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında olarkən quru qoşunlarının baş komandanı Sonta Bunyaratglinin başçılıq etdiyi bir qrup hərbçi dövlət çevrilişi həyata keçirib.
2008-ci ildə məhkəmə qarşısına çıxmaq üçün Taylanda geri qayıdan keçmiş baş nazir həbs edilsə də, sonradan zaminə buraxılıb. Daha sonra siyasətçi ölkəni birdəfəlik tərk edib.
2008-ci ildə məhkəmə Çinavatanı dövlət torpaqlarını almaq səlahiyyətini aşdığına görə qiyabi olaraq iki il həbs cəzasına məhkum edib. 2019-cu ilin aprelindən o, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və korrupsiyaya görə müxtəlif həbs müddətlərinə məhkum edilib.
Şahanə Rəhimli
AzVision.az