Şirin Ebadi: İran xalqı mövcud rejimdən sülh yolu ilə xilas olmaq istəyir

   Şirin Ebadi:    İran xalqı mövcud rejimdən sülh yolu ilə xilas olmaq istəyir
  01 Sentyabr 2023    Oxunub:1025
İranda insan haqları şərtləri hər gün daha da pisləşir, İran xalqı mövcud sistemindən sülh yolu ilə imtina etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, Nobel Sülh mükafatı laureatı Şirin Ebadi Nobel Sülh Konfransındakı çıxışında İranda cəmiyyətinin öz hüquqlarını qorumaq üçün istibdadçı rejimlə mübarizə apardığını daim beynəlxalq ictimaiyyətə çatdıracağını bildirib.

“15 yaşlı bir qız təhlükədə olduğunu bilə-bilə etiraz etmək üçün küçəyə çıxanda biz başa düşürük ki, cəmiyyət oyanıb və İran xalqı mövcud rejimiə sülh yolu ilə son qoymaq istəyir. Yüzlərlə şəhərdə insanlar küçələrə çıxır və bu rejimi istəmədiklərini bildirir. Bu insanlar küçələrə dinc şəkildə çıxır, lakin hökumət onların tələblərinə güllə atmaqla cavab verir. Məktəbli qızlar etirazlar zamanı valideynlərinə qoşulur və məcburi hicabdan imtina edir. İran hökuməti isə buna cavab olaraq bu məktəblərə “kimyəvi hücum” həyata keçirib, nəticədə bir qız zəhərlənərək öldürülüb, bir çoxu isə xəstəxanaya yerləşdirilib. Sizə söz verirəm, mən sizinlə sonuncu dəfə İranın ağır vəziyyətindən danışacağam və növbəti dəfə sizə qələbələrimizdən danışacağam”, - Ebadi deyib.

“Qadın, Həyat, Azadlıq” etiraz hərəkatının tərəfdarlarından biri olan Şirin Ebadi bu etirazların miqyası və İran təhlükəsizlik qüvvələrinin zorakı hərəkətləri ilə bağlı çoxsaylı proqramlarda və çıxışlarında öz mövqeyini bildirib.

Onun digər beş iranlı hüquqşünasla birlikdə BMT-nin Baş katibinə ünvanladığı məktubda “İsfahan Evi” işi üzrə üç müttəhimin edamından sonra İranda edamların sayının həyəcanverici miqyasda, xüsusən də respublika hökuməti tərəfindən bu cəza növünün dramatik şəkildə artması vurğulanıb.
AzVision.az


Teqlər: İran   Ebadi  





Xəbər lenti