Putin və Ərdoğanın müzakirə edəcəyi məsələlər açıqlanıb

   Putin və Ərdoğanın müzakirə edəcəyi məsələlər açıqlanıb
  01 Sentyabr 2023    Oxunub:947
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə keçiriləcək görüşdə iki ölkə arasında əməkdaşlığın gələcək inkişafı və beynəlxalq gündəmdə olan bir sıra məsələləri müzakirə edəcəklər
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

"Sentyabrın 4-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə danışıqlar aparacaqlar. Görüşdə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinin, eləcə də cari beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır".

AzVision.az


Teqlər:





Xəbər lenti