Putini lağa qoydu: “70 yaşdan yuxarılar üçün kluba yazılıb”

      Putini lağa qoydu:    “70 yaşdan yuxarılar üçün kluba yazılıb”
  01 Sentyabr 2023    Oxunub:1315
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin ətrafı “70 yaşdan yuxarılar üçün klub” adlanır.
“O (Putin) özü yaşda olanları yığıb.. Yeri gəlmişkən, bu termin bizə Rusiya Federasiyasından, agentlərin hesabatından gəlib. Biz bunu zarafat kimi qəbul etdik. Və sonra başa düşdülər ki, bu heç də zarafat deyil. Onlar bunu “70-dən yuxarı olan klub” adlandırırlar”, - Budanov bildirib.

O, əlavə edib ki, bu paradiqmada yaşayan insanlar üçün beyin bir az fərqli işləyi: "Onlar sürətli templə, hadisələrin dəyişməsi ilə ayaqlaşmırlar".

Budanov qeyd edib ki, bu insanların gəncliyi təxminən 70-80-ci illərin əvvəllərinə düşüb.

“Onlar 80-ci illərdə yenidənqurmanın başladığı bir vaxtda yaşayırdılar. Bu insanların başlarında ümumiyyətlə, dəhşət var”, - deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Putin  





Xəbər lenti