Şoyqu Hakan Fidanla taxıl dəhlizini müzakirə edib

   Şoyqu Hakan Fidanla taxıl dəhlizini müzakirə edib
  01 Sentyabr 2023    Oxunub:1361
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Hərbi Departamentindən məlumat verilib.

“Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü zamanı taxıl müqaviləsi və Suriyada birgə işi müzakirə edib”, - nazirlikdən bildirilib.

Şoyqu Türkiyənin xarici işlər nazirini yeni vəzifəyə təyin olunması münasibətilə də təbrik edib. O vurğulayıb ki, Fidanın əvvəlki vəzifəsində işlədiyi müddətdə ölkələr həm Rusiya, həm Türkiyə, həm də bütün dünya üçün çox lazımlı və faydalı işlər görüblər.

Şoyqunun sözlərinə görə, Moskva taxıl müqaviləsini qoruyub saxlamaq üçün hər cür səy göstərib, Rusiyanın heç bir günahı olmadan dayandırılıb. “Son ayların hadisələri taxıl sövdələşməsidir, biz bunun üçün hər cür səy göstərmişik. Bunun təşəbbüskarı hörmətli cənab Rəcəb Tayyib Ərdoğandır. Amma bu gün bizim günahımız olmadan dayandırılıb. Və burada yalnız bir şeyi deyə bilərik ki, Rusiyaya vəd edilənlərin hamısı yerinə yetirilsə, o zaman sövdələşmə uzadılacaq. Amma məlum oldu ki, bunu etmək yeni dəhlizlər, yeni quru yollar çəkməkdən daha çətindir”, - Şoyqu bildirib.

AzVision.az
.


Teqlər:





Xəbər lenti