Türkiyədə ağır qəza: 6 nəfər ölüb, 43 nəfər yaralanıb

   Türkiyədə ağır qəza:    6 nəfər ölüb, 43 nəfər yaralanıb
  02 Sentyabr 2023    Oxunub:1031
Türkiyənin Dənizli şəhərinin Honaz rayonunda idarəetmədən çıxan yük avtomobili (TIR) qarşı tərəfə keçərək sərnişin avtobusu ilə toqquşub.
Bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 06:00) baş verən hadisədə 6 nəfər ölüb, 43 nəfər yaralanıb.

Qeyd olunub ki, zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti