Maykl Ceksonun qızı təqib olunur

Aktrisanın sözlərinə görə, təqib edən şəxs əvvəllər də onun evinin yaxınlığında peyda olub və bir dəfə hətta polis tərəfindən həbs edilib. Kişi həmçinin 2019-cu ilin dekabrından ona mesajlar da göndərir. Cekson etiraf edib ki, öz evində qalmaqdan qorxur, çünki kişi getdikcə daha həyasız olur.
Qeyd olunub ki, Ceksonun evində baş verən hadisədən iki gün sonra polisə daha bir məlumat daxil olub ki, aktrisanın evinin yaxınlığında naməlum şəxs peyda olub və ön qapıya yaxınlaşıb.
Peris Cekson məhkəmədən xahiş edib ki, təqib edən şəxsin ona, evinə, maşınına və ziyarət etdiyi bütün yerlərə yaxınlaşmasını qadağan etsin. O, həmçinin məhkəmədən kişinin sosial şəbəkələr vasitəsilə onunla əlaqə saxlamasına da qadağa qoyulmasını istəyib.
AzVision.az
Teqlər: Təqib