Polis hamilə qadını güllələdi - VİDEO

Polis hamilə qadını güllələdi -    VİDEO
  02 Sentyabr 2023    Oxunub:1014
ABŞ-ın Ohayo ştatında polislər afroamerikalı hamilə qadını güllələyib.
“İzvestiya”nın yaydığı məlumata görə, polislərin birinin üzərində olan kameradan insidenti əks etdirən videogörüntülər yayımlanıb.

Videoda iki polisin ərzaq mağazasının yanındakı parklanma dayanacağında avtomobildə əyləşən 21 yaşlı qadına yaxınlaşması əks olunub. Onlar onu oğurluqda ittiham edərək avtomobildən düşməsini tələb ediblər.

Lakin qadın onlara qulaq asmayıb və hadisə yerindən qaçmağa çalışıb, nəticədə polislər atəş açıblar. Bundan sonra qadının idarə etdiyi avtomobil mağazanın binasına çırpılıb. Daha sonra məlum olub ki, qadın və uşağı ölüb.

Buna baxmayaraq, ştatın polis idarəsində bildiriblər ki, ölən qadının iştirak etdiyi iddia edilən oğurluq barədə hadisə yerinin yaxınlığındakı mağazanın əməkdaşları tərəfindən polisə məlumat verilib. Həmçinin qeyd edilib ki, Ohayo polisinin məlumatına görə, hadisədən bir qədər əvvəl “qadın bir neçə şüşə spirtli içki içib”.

AzVision.az



Teqlər: ABŞ   Polis  





Xəbər lenti